Rusiya Mariupolda desant əməliyyatı keçirməyə hazırlaşır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Kursk, Bryansk və Voronej vilayətlərindən Rusiya bölmələrinin Ukrayna ərazisinə hərəkəti davam edir.
“810 və 155-ci əlahiddə dəniz piyadaları briqadalarının bölmələri Mariupola desant hücumuna hazırlaşır. Hazırda məlumat dəqiqləşdirilir”, - məlumatda qeyd olunub.