Kiyev vilayətində komendant saatının vaxtı dəyişdirilir.
Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
“Aprelin 17-dən komendant saatı bir saat gec başlayacaq, 1 saat isə tez bitəcək. Saat 22:00-dan səhər 05:00-a qədər davam edəcək”, - Kliçko bildirib.
Mer vətəndaşları komendant saatının tələblərinə riayət etməyə çağırıb.