Ukraynanın 68 hərbi obyektini məhv etdik - General

12:56 17 Aprel 2022

Operativ-taktiki aviasiya vasitəsilə Ukraynanın 68 hərbi obyekti məhv edilib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.

“Operativ-taktiki aviasiya Ukraynanın 68 hərbi obyektini məhv edib. Krivaya Luka və Krasnoarmeysk rayonlarında S-300-ün iki işıqlandırma və istiqamətləndirici lokatoru və Severodonetsk rayonunda bir “Osa AKM” zenit-raket kompleksi, altı raket və artilleriya silahı və yanacaq anbarı, həmçinin Kremennaya, Krasnıy Liman, Kolodezi, Torskoye, Yampolovka və Novoselivka yaşayış məntəqələrində Ukrayna hərbi texnikası və canlı qüvvəsinin cəmləşdiyi 40 rayon vurulub”, - Konaşenkov bildirib.



Xəbər xətti