Rusiya işğalçıları Donbasda hücumlara başlaya bilmirlər, çünki onların qarşısını Ukrayna ordusu alır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Onların çoxdan belə planları var, amma Ukrayna Silahlı Qüvvələri bunu həyata keçirməyə imkan vermir. Onlar ora canlı qüvvə, silah, tibbi infrastruktur toplayırlar. Hər şeyi hazırlayıblar, lakin hücuma keçə bilmirlər. Çünki Ukrayna ordusu onların qarşısını kəsir”, - Malyar bildirib.