ABŞ Zelenskiyə həsr olunmuş sikkə buraxdı - FOTO

13:10 17 Aprel 2022

Ağ Evin suvenir mağazasında Vladimir Zelenskinin 16 mart 2022-ci ildə ABŞ Konqresinə tarixi müraciətinə həsr olunmuş xatirə sikkəsi təqdim edilib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə suvenir mağazasının saytında məlumat verilib.

“Tarixi anlar” seriyası çərçivəsində buraxılan sikkənin üzərində prezidentlər Vladimir Zelenski və Co Baydenin təsviri, habelə Zelenskinin Konqresdə çıxışı anı əks olunub. Sikkədə Ukrayna prezidentinin çıxışından sitat da öz əksini tapıb.

Sikkənin qiyməti 100 dollardır. Satışdan əldə olunan gəlir Ukrayna xalqına humanitar yardım üçün göndəriləcək.

 



Xəbər xətti