Kiyev müxtəlif ölkələrdən 7 minə yaxın muzdlu döyüşçü cəlb edib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.
“Ukraynada “xüsusi hərbi əməliyyat” başlayandan bəri Kiyevin millətçi rejimi Ukraynaya 63 ölkədən 6824 muzdlu döyüşçü cəlb edib. Ən çox döyüşçü Polşadan gəlib – 1717 nəfər. Təxminən 1500 nəfər ABŞ, Kanada və Rumıniyadan gəlib. Britaniya və Gürcüstandan hərəsindən 300 nəfər. Suriyanın Türkiyənin nəzarətində olan rayonlarından 193 nəfər gəlib”, - Konaşenkov bildirib.
Onun sözlərinə görə, muzdlu döyüşçülər Kiyev, Xarkov, Odessa, Nikolayev və Mariupolda yerləşdiriliblər.