Milyonlarla insanın həyatını xilas edə biləcəyik - Qeyts

13:35 17 Aprel 2022

Alimlər daha sürətli müalicə üsullarını tapa bilsəydilər, COVİD-19 epidemiyası çox fərqli, ölüm sayı isə daha az olardı. Effektiv və təhlükəsiz peyvənd bir il ərzində ortaya çıxdı, lakin xəstələrin xəstəxanaya getməsinin qarşısını almaq üçün hələ də çox az müalicə üsulu var.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri "Maykrasoft" şirkətinin qurucusu, milyarder Bill Qeyts deyib.

O bildirib ki, peyvənd olsaq belə, daha yaxşı dərmanlara ehtiyac var:

"Gördüyümüz kimi, hamı peyvənd olunmağa üstünlük vermir. Dərmanlar isə xəstəxanalardakı təzyiqi azalda bilər. Ölümcül olmayan xəstələr həyata davam gətirə bilərlər. Dünya tədqiqat və inkişafa daha çox sərmayə qoymalıdır. Mənim fondum Duke Universiteti ilə müqavilə bağlayıb. Sənaye və ən son proqram təminatını bir araya gətirmək üçün investisiya lazımdır. Əgər uğur qazansaq, Yer kürəsi yeni bir epidemiya ilə qarşılaşanda milyonlarla insanın həyatını xilas edə biləcəyik".



Xəbər xətti