Xarkovda rusların hərbi kolonu məhv edildi

14:13 17 Aprel 2022

Desant-hücum qoşunlarının döyüşçüləri Xarkov istiqamətində düşmənin dəniz piyadaları və hərbi texnika karvanını məhv ediblər.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Xarkov istiqamətində desant-hücum qoşunları düşmənə güclü zərbə endiriblər. Rusların 5 tankı, 10 zirehli texnikası, eləcə də dəniz piyadalarının bölmələri məhv edilib”, - məlumatda qeyd olunub.



Xəbər xətti