Bolqarıstan Rusiya gəmilərinin ölkə limanlarına daxil olmasını qadağan edib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Dəniz Administrasiyası məlumat yayıb.
Məlumata görə, Bolqarıstan limanlarına yalnız qəzaya uğrayan və humanitar yardıma ehtiyacı olan, enerji daşıyıcıları, ərzaq və dərman daşıyan gəmilər yan ala biləcək.
Bu gündən etibarən Estoniya hökuməti də Rusiya gəmilərinin limanlarına daxil olmasına qadağa qoyub.
Bu barədə ölkənin İqtisadiyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Qərarın AB sanksiyaları çərçivəsində verildiyi bildirilir.