“Putinin aşpaz”ı kimi tanınan Yevgeni Priqojin “Vaqner” döyüşçülərini koordinasiya etmək üçün Donbasa yollanıb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı biznesmen Mixail Xodorkovskiyə məxsus “İzah edə bilərik” Teleqram kanalı məlumat yayıb.
“Priqojin Kremlin tapşırığı ilə döyüş bölgəsinə gedib və ondan vaqnerçilərin Ukrayna rəhbərliyindən kimisə ələ keçirəcəyini gözləyirlər”, - “Vaqner”ə yaxınlığı ilə bilinən mənbə jurnalistlərə açıqlamasında deyib.
Vahid Rusiya Partiyasından deputat olan Vitali Milonov da Priqojinin Donetsk vilayətində çəkilmiş fotosunu paylaşıb.
Qeyd edək ki, “Vaqner” şirkətinin Yevgeni Priqojinə məxsus olduğu bildirilir.