Xaricdən gətirilən hissələrin olmaması səbəbindən Rusiyada zenit-raket komplekslərinin istehsalı dayandırılıb, zavodun işçiləri ödənişsiz məzuniyyətə və ya Ukraynaya qarşı müharibəyə göndərilir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Ulyanovsk Mexanika Zavodu” faktiki olaraq istehsal gücünü dayandırıb. Zavod “Buk”, “Kub”, “Tunquska” kimi yaxın və orta mənzilli zenit-raket kompleksləri və radiolokasiya sistemlərinin istehsalı ilə məşğul olur”, - məlumatda qeyd olunub.
Bildirilib ki, bir müddət əvvələ qədər Rusiya Hərbi Sənaye Kompleksinin əsas tədarükçüsü Almaniya idi. Lakin Rusiyanın Ukraynaya hücumundan sonra Almaniya bütün əməkdaşlığı dayandırıb.
Əməkdaşlarının sözlərinə görə, zavod öz gücü ilə fəaliyyət göstəməyə qadir deyil, çünki texnoloji proses zamanı demək olar ki, heç bir rus məhsulundan istifadə edilmir:
Məlumata görə, işçilər ya ödənişsiz məzuniyyətə çıxmalı, ya da ayda 5000 rubl əmək haqqı ödənilməklə Ukraynadakı hərbi əməliyyatlara qoşulmalıdırlar. Onlara “Buk” hava hücumundan müdafiə sisteminin "operator-topçusu" vəzifəsi təklif olunub.