Başda Ukrayna olmaqla, bütün dünyanı sülhə çağırırıq. Xahiş edirəm, müharibəyə alışmayaq. Qoy dünya liderləri insanların sülh fəryadını eşitsinlər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Roma Papası Fransisk bu gün Vatikanın müqəddəs Pyotr meydanında keçirilən Pasxa mərasimində deyib.
"Biz çoxlu qan və zorakılıq gördük. Bir çox qardaşlarımız bombalardan qorunmağa çalışsa da, ürəyimiz qorxu və iztirabla doldu. Daxil olduğu amansız, mənasız müharibənin zorakılığı və məhvi ilə sınanmış, viran olmuş Ukraynada sülh olsun. Qoy bu dəhşətli ağrı və ölüm gecəsi tezliklə yeni bir ümid, sülh üçün bir qətnamə olsun", - Papa deyib.