Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiya silahlarının təxminən 20%-ni itirib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu “Defense Express” informasiya və konsaltinq şitkətinin direktoru Sergey Zqurets deyib.
“Biz bir ay ərzində Rusiyanın bir neçə müharibədə itirdiyindən daha çox texnika məhv etmişik. Yəni bir ay ərzində Rusiyanın iki çeçen müharibəsində və Suriyadakı müharibədə itirdiyindən daha çox təyyarə və digər texnikanı vurduq. Hətta SSRİ-nin Əfqanıstanda itirdiyi təyyarələrdən də çox”, - Zqurets bildirib.