Rusiya qoşunları hələ də Mariupolu tam ələ keçirə bilmir. Şəhər müdafiəçilərinin müqaviməti bütün əməliyyat bölgələrində rus ordusuna problem yaradır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi Tvitterdə yazıb.
“Rusiya komandanlığı Mariupolun alınmasının nə qədər vaxt aparacağından narahatdır. Ukraynanın yaxşı əlaqələndirilmiş müqaviməti Rusiya qüvvələrini ciddi sınaqdan keçirdi, ordu və texnikanı yayındırdı, Rusiyanın başqa yerlərdə irəliləyişini ləngitdi”, - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiyanın şəhərləri vurmayacağı və Ukrayna əhalisini təhdid etməyəcəyi barədə bəyanatlarına baxmayaraq, Mariupol daxilində əhalinin məskunlaşdığı ərazilərə zərbələr Rusiyanın 1999-cu ildə Çeçenistanda və 2016-cı ildə Suriyadakı taktikasına uyğundur.