F-16 qırıcılarının Bolqarıstana çatdırılmasında yaranan gecikmələr ABŞ-ın rəsmi Sofiyaya məxfi məlumatların mühafizəsi məsələsində inamsızlığı və Rusiyaya məlumat sızması ehtimalı ilə bağlıdır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.
“Məxfi məlumatların mühafizəsi ilə bağlı problemlərimiz var. Güman edirəm ki, F-16 qırıcıları məhz bu səbəbdən gecikir, çünki texnologiyanın təhlükəsizliyinə 100% təminat verilmir”, - Bolqarıstanın keçmiş müdafiə naziri Velizar Şalamanov bildirib.
Bolqarıstanın daha bir keçmiş müdafiə naziri Todor Taqayev də hesab edir ki, qırıcı təyyarələrin istehsalı ilə bağlı gizli texnologiyalar rusların əlinə keçə bilər.