Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-ya qarşı başlatdığı "Pəncə-Qıfıl" (Pençe Kilit) əməliyyatında 19 terrorçu zərərsizləşdirilib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Əməliyyat zamanı 4 qəhrəman yoldaşımız yaralanıb. Bütün lazımi tibbi yardım göstərilir. Terrorçular qaçmağa yerlərinin olmadığını, sonun yaxın olduğunu anlamalı və ədalətə təslim olmalıdırlar”, - məlumatda vurğulanıb.