Rusiyalı hərbçilərin bu gün Lvova atdığı raketlər Xəzər regionundan buraxılıb, ehtimal ki, düşmən dəmir yol vağzalını nişan alıb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Lvov vilayət administrasiyasının rəhbəri Maksim Kozitski deyib.
“Lvova raketlərin Xəzər istiqamətindən qalxan təyyarələrdən atıldığı müəyyən edilib. Daha sonra ikinci həyəcan siqnalı səsləndi. Bu dəfə təhlükə Qara dənizdən idi, lakin raketlər hədəfə çata bilmədi”,- Kozitski bildirib.
Qeyd edək ki, bu Rusiyanın Lvovu raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.