Mariupolda vəziyyət son dərəcə ağırdır, lakin rus işğalçı qüvvələri şəhəri tamamilə ələ keçirə bilmirlər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik bildirib.
“Mariupolda vəziyyət son dərəcə ağırdır. Şəhər mühasirəyə alınıb. Mariupol Rusiyanın faktiki olaraq gecə-gündüz həyata keçirdiyi raket, bomba və artilleriya atəşi nəticəsində son dərəcə böyük dağıntılara məruz qalıb. Amma Mariupol hələ də rus ordusunu tam ələ keçirə bilmir. Bütün bunlar isə Ukrayna Silahlı Qüvvələrinin həmin hissələrinin və hazırda orada olan digər hərbi birləşmələrin cəsarəti sayəsindədir”, - Motuzyanik qeyd edib.