Rusiya dəniz piyadalarının bütün briqadaları Ukraynada itki verib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Conflict İntelligence Team” analitik qrupunun hesabatında qeyd olunub.
Qrupun analitikləri hesab edirlər ki, dəniz piyadaları Rusiyanın ən hazırlıqlı və yüksək döyüş qabiliyyəti olan bölmələrindən biridir.
Onların itkiləri Moldovaya növbəti hücumla bağlı şayiələr fonunda diqqət çəkir:
“Əgər döyüş qabiliyyəti olan bu bölmələr belə itkilərə məruz qalırlarsa, Moldovaya, Polşaya və ya Baltikyanı ölkələrə hücum etmək üçün heç bir şey qalmayacaq”.