Yaponiya Ukraynaya pilotsuz təyyarələr verir

10:00 19 Aprel 2022

Yaponiya hökuməti Ukraynaya kimyəvi maddələrdən qoruya bilən xüsusi geyim və maskalar, həmçinin pilotsuz təyyarələr göndərmək niyyətindədir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna hökumətinin yeni müraciəti əsasında Ukraynaya kimyəvi maddələrdən mühafizə kostyumları və maskaları, həmçinin pilotsuz təyyarələrin göndərilməsi qərara alınıb. Müdafiə Nazirliyi və Yaponiya Özünümüdafiə Qüvvələri Ukraynaya maksimum dəstək vermək niyyətindədir”, - məlumatda deyilir.



Xəbər xətti