Rusiyanın dəniz donanması döyüşdən imtina edir

10:41 19 Aprel 2022

Ukrayna ordusu ilə döyüşlər nəticəsində əhəmiyyətli itkilərdən sonra Qara dəniz donanmasının hərbçiləri arasında döyüşdən kütləvi imtina halları baş verib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Qara dəniz donanmasının sahil mühafizəsinin 126-cı briqadasının itkiləri 75 faiz təşkil edir. Qara dəniz donanmasının 810-cu Əlahiddə Dəniz Briqadası 158 hərbçisini itirib, 500-ə yaxın hərbçi yaralanıb, 70 nəfər isə itkin düşüb”, - məlumatda qeyd olunub.



Xəbər xətti