Rusiya terrorçu dövlət siyahısına salına bilər

11:43 19 Aprel 2022

ABŞ Dövlət Departamenti Rusiyanın terrorçuluğu maliyyələşdirən dövlət siyahısına salınmasını istisna etmir.

Sitat.info Axar.az-a istnadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.

“Biz faktları, qanunları diqqətlə öyrənirik. ABŞ effektiv və məqsədəuyğun olduğu müddətcə qanun çərçivəsində istənilən səlahiyyətləri həyata keçirəcək”, - Prays bildirib.

Qeyd edək ki, ABŞ Şimali Koreya, Kuba, İran və Suriyanı terroru maliyyələşdirən dövlətlər kimi tanıyır.



Xəbər xətti