Rusiya yenə “Azov”a təslim olmağı təklif etdi

13:02 19 Aprel 2022

Rusiya Mariupoldakı “Azovstal” zavodunda yerləşən ukraynalı hərbçilərə təslim olmağı təklif edib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Baş Qərargahının Mərkəzi komandanlıq məntəqəsinin rəisi, general-polkovnik Mixail Mizintsev deyib.

“Azovstal” metallurgiya zavodunda yaranmış fəlakətli vəziyyəti nəzərə alaraq, Rusiya silahlı qüvvələri sırf humanist prinsipləri rəhbər tutaraq, 19 aprel 2022-ci il Moskva vaxtı ilə saat 12:00-dan etibarən bir daha millətçi alayın əsgərlərinə və əcnəbi muzdlulara silahı yerə qoymağı təklif edir”, - Mizintsev bildirib.

Qeyd edək ki, Rusiya ordusu vaxtaşırı “Azov” alayının müqavimət göstərən birliklərinə təslim olmağı təklif edir. Sonuncu dəfə 17 apreldə edilən təklifdən “Azov” imtina etmişdi.



Xəbər xətti