Kabildə dalbadal partlayışlar: 25 ölü

13:40 19 Aprel 2022

Əfqanıstanın paytaxtı Kabilin mərkəzində bir neçə güclü partlayış baş verib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Aamaj Nyus” məlumat yayıb.

Məlumata görə, partlayışlar nəticəsində 25 nəfər həlak olub. Ən çox tələfat şəhərin qərb hissəsindəki Abdul Rəhim məktəbində baş verən partlayışlarda olub.

Agentlik bildirib ki, məktəblərdən birinə əl qumbarası atılıb. Orada azı 5 nəfər yaralanıb. Partlayışların şagirdlərin binadan çıxdığı an baş verdiyi bildirilib.

Partlayışla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.



Xəbər xətti