Monteneqro Rusiyadan üzr istədi

14:11 19 Aprel 2022

Monteneqronun Xarici İşlər Nazirliyi Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı yanlış yazıya görə üzr istəyib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə qurumun Tvitter səhifəsində məlumat yayılıb.

Bildirilir ki, qanunla nəzərdə tutulmuş bütün məhdudlaşdırıcı tədbirlər Monteneqro XİN-in Tvitter səhifəsində qeyd edilib. Məlumatda səhvən Rusiya ilə diplomatik münasibətlərin kəsildiyi vurğulanıb. Rusiyanın ölkədəki səfirliyi bununla bağlı aydınlıq gətirilməsini tələb etdikdən sonra məhdudlaşdırıcı tədbirlərin dərc edilməsində kobud səhvə görə Monteneqro XİN-i Rusiyadan üzr istəyib.

Qeyd edək ki, Monteneqro hakimiyyəti aprelin 8-də Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya sanksiyalar paketini təsdiqləyib və dörd rus diplomatını ölkədən çıxarmaq qərarına gəlib.



Xəbər xətti