Rusiya müdafiə naziri Sergey Şoyqu son üç həftədə ilk dəfə Ukraynadakı müharibə ilə bağlı açıqlama verib. O bildirib ki, ruslar “dxr” və “lxr”in azad edilməsi planını ardıcıl şəkildə yerinə yetirirlər.
Sitat.info xəbər verir ki, o, bu barədə Müdafiə Nazirliyinin kollegiyasında çıxışı zamanı bildirib.
Şoyqu ABŞ və digər Qərb ölkələrini müharibənin uzatmaqda ittiham edib:
“Xarici silahların tədarük həcminin artması onların Kiyev rejimini son ukraynalıya qədər döyüşməyə təhrik etmək niyyətlərini açıq şəkildə nümayiş etdirir", - Şoyqu bildirib.