Cəbhədəki uğursuzluqlar fonunda Moskva "lxr" liderlərinin həbsinə başlayıb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, FTX əməkdaşları "lxr"in “daxili işlər nazir”i general-mayor İqor Korneti həbs edib. O, FTX-nin Rostov-Dondakı istintaq təcridxanasında saxlanılır:
“lxr rəhbər”i Leonid Paseçnik Kornetin həbsdən azad edilməsi və vəzifəsinə bərpası üçün hər cür səy göstərir”.
Qeyd olunur ki, bu kvazi-dövlətin güc blokunda dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir və hüquq-mühafizə orqanlarının, eləcə də “respublika”nın siyasi rəhbərliyinin mənfi reaksiyasına səbəb olub.