Ukrayna ordusunu təkcə Donbasda deyil, həm də Xarkovda Rusiya ilə güclü toqquşmalar gözləyir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin müşaviri Mixail Podolyak deyib.
“Donbas həqiqətən də Rusiyanın hücumunun əsas ərazisinə çevrilib. Bununla belə, Xarkov istiqamətində şiddətli döyüşlər olacaq”, - Podolyak bildirib.