Belçika hökuməti Ukraynaya ağır silahlar və digər hərbi yardımlar etməyi nəzərdən keçirəcək.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Məlumata görə, Baş nazir Aleksandr De Kroonun sədrliyi ilə toplanacaq federal hökumət üzvləri daha əvvəl Ukraynaya verilən yardıma əlavə dəstək göstərilməsini müzakirə edəcək.
Bu kontekstdə Ukraynaya zirehli texnika və artilleriya silahlarının göndərilməsinin gündəmdə olduğu bildirilir.