Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında yazıb.
“Şarl Mişel bu gün Kiyevdədir. Biz Rusiyaya qarşı sanksiyalar, dövlətimizin müdafiə və maliyyə dəstəyi, həmçinin Aİ meyarlarına uyğunluğu ilə bağlı sorğunun cavablarını müzakirə etdik. Mənalı görüşə və həmrəyliyə görə ona təşəkkür edirəm”, - Zelenski qeyd edib.