Latviya növbəti ildən Rusiya qazını mərhələli şəkildə dayandırmağı planlaşdırır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Latviyanın iqtisadiyyat naziri Yanis Vittenberqs məlumat verib.
Y.Vittenberqs qeyd edib ki, bu, 2023-cü il yanvarın 1-də baş verə bilər.
Vittenberqs vurğulayıb ki, bu, Latviyanın enerji təhlükəsizliyini gücləndirəcək tarixi qərardır.