Rusları bu tarixə kimi məhv edəcəyik - Arestoviç

09:15 21 Aprel 2022

Döyüşlərin aktiv mərhələsi mayın 9-dək davam edəcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Ssenari belə də ola bilər - mayın 9-dan əvvəl öləcəklər, aktiv hücuma keçə bilməyəcəklər və ya bəlkə də daha tez olacaq. Və sonra mövqe müharibəsi və iyula qədər biz onları öz torpaqlarımızda tədricən məhv edəcəyik”, - Arestoviç söyləyib.

O, bundan sonra rusların “ipək kimi” olacağını, danışıqlara gedəcəyini və ən azı fevralın 23-nə qədər olan vəziyyətə qayıdacağını bildirib:

“Bu variantın əsas şərti kifayət miqdarda Qərb silahlarıdır - ilk növbədə artilleriyalar”.b



Xəbər xətti