Litva Ukraynaya dəyəri on milyonlarla avro olan minaatan partiyasını təhvil verib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anusauskas deyib.
“Biz Ukraynaya hərbi yardım göndərmişik - ağır minaatanları təhvil vermişik, onların sayını adlarını çəkməyəcəyik. Silahların qalıq dəyəri on milyonlarla avro dəyərində qiymətləndirilir.
Rəsmi Vilnüs mütəmadi olaraq Kiyevə silah-sursat göndərir. Hər şeyin adını çəkmək belə çətindir. Təkcə "Stinger" raket kompleksləri deyil, həm də digər hava hücumundan müdafiə və tank əleyhinə silahlar, qumbaralar, pulemyotlar, avtomatlar, rabitə vasitələridir”, - nazir bildirib.