Hindistan Ukraynaya yardım aparan təyyarəni qəbul etmədi

10:41 21 Aprel 2022

Hindistan Ukraynaya yardım aparan Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus təyyarəni qəbul etməkdən imtina edib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, aprelin sonunda təyyarə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vasitəsilə Polşa və Rumıniyaya Ukrayna üçün humanitar yardım aparmalı idi. Bunun üçün tranzit məntəqələri kimi Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən istifadə ediləcəkdi:

“Məsələ Dehli ilə işçi səviyyəsində həll olunub, lakin aprelin 20-də rədd cavabı gəlib. Hindistan hakimiyyəti buna səbəb kimi qeyri-kafi koordinasiyanı göstərib. Məsələ ilə bağlı yekun qərar cümə günü veriləcək".



Xəbər xətti