Kreml rəsmi şəkildə Britaniyanın baş naziri Conson da daxil olmaqla 13 yüksək rütbəli məmura ölkəyə giriş qadağası tətbiq etdiyini açıqlayıb.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, əks-sanksiya siyahısına Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və xarici işlər naziri Liz Truss daxildir.
Rusiya Xarici İşlər Nazirliyi Londonun Rusiyanı beynəlxalq miqyasda təcrid etmək və iqtisadi ziyan vurmaq məqsədi daşıyan “informasiya kampaniyası”na görə məsuliyyət daşıdığını izah edərək, Britaniya hökumətini “əvvəllər heç vaxt mövcud olmayan düşmənçilik hərəkətlərində” ittiham edib.
Rusiya da siyahının tezliklə genişlənəcəyini açıqlayıb.
Britaniya hökuməti Rusiyanın Ukraynaya təcavüzündən sonra Moskvaya qarşı sərt mövqe nümayiş etdirir. Baş nazir Conson NATO sammitindən sonra kimyəvi silahdan istifadənin “qırmızı xətt” olub-olmaması ilə bağlı suala “Vladimir Putin artıq barbarlıqla bağlı qırmızı xətti keçib” cavabını verib. Putini Avropanı təbii qaz və neft baxımından ondan asılı vəziyyətə salan “narkotik taciri”nə bənzədən Conson Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyini bildirib.
Safura,
SİTAT.İNFO