Bayden administrasiyasının yüksək rütbəli rəsmiləri bildiriblər ki, qarşıdakı dörd həftə Rusiya-Ukrayna müharibəsinin yekun nəticəsini müəyyənləşdirəcək və Avropanın xəritəsinə ciddi təsir edəcək.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Rəsmilərin fikrincə, əgər Rusiya şərqə nəzarəti ələ alsa, Putinin xüsusi hərbi əməliyyatı uğur kimi təqdim etmək və Ukraynanın rusiyapərəst azlığını müdafiə etdiyini iddia etmək üçün daha yaxşı şansı olacaq.
“Ukrayna hərbçiləri Rusiyanın Donbasdakı hücumunu dayandıra bilsələr, Rusiya prezidenti çətin seçim qarşısında qalacaq: ya illərlə davam edə biləcək müharibəyə daha çox hərbi güc vermək, ya da ciddi şəkildə sülh danışıqları aparmaq. Birinci variant tam milli səfərbərlik demək ola bilər və Kreml rəhbəri üçün siyasi baxımdan təhlükəlidir.
Düzgün silah, yüksək əhval-ruhiyyə və motivasiya ilə Ukrayna qüvvələri nəinki Rusiyanın irəliləyişini dayandıra, həm də onu geri çəkilməyə məcbur edə bilərlər”, - məlumatda deyilir.