Putin istəyini həyata keçirə bilmədi - Bayden

11:29 22 Aprel 2022

Vladimir Putin Ukraynanı işğal etməklə bağlı böyük planlarını həyata keçirə bilmədi.

Sitat.info xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Tvitter hesabında yazıb.

“Putin döyüş meydanında böyük ambisiyalarına nail ola bilmədi. Prezident Zelenski və onun demokratik yolla seçilmiş hökuməti hakimiyyətdə qaldı, Ukrayna Silahlı Qüvvələri də Rusiyanın öz ölkələrini işğal etməsinin qarşısını aldı”, - Bayden bildirib.

/Axar.az



Xəbər xətti