Finlandiya və İsveç NATO-ya üzv olmaqla bağlı açıqlama verib. Finlandiya parlamentarilərinin yarısı artıq buna tərəfdar çıxıb. Rusiya XİN is’ öz növbəsində bu ölkələrə sözügedən istəklə bağlı xəbərdarlıq edib.
Maraqlıdır, xüsusilə sərhəd Finlandiya ilə bağlı Rusiya hansısa sərt addım ata bilərmi? Finlandiyanın NATO-ya üzvlük məsələsi nə dərəcədə realdır?
Mövcud suallar ətrafında Sfera.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Avropa İttofaqı və Rusiya arasında müharibənin gözlənilən olacağını deyib. Müsahibimiz Finlandiyaya qarşı Ukraynadan fərqli mövqe sərgilənəcəyini də sözlərinə əlavə edib:
"Rusiya Finlandiyaya heç nə edə bilməz. Əgər etsə, o zaman artıq biz üçüncü dünya müharibəsinə şahidlik edəcəyik. Formal olaraq nə Finlandiya, nə də Ukrayna NATO üzvüdür. Yaxın 1-2 ayda Finlandiya NATO-ya üzv olmadığı halda Rusiya oraya hücum etsə, o zaman Qərb bu münaqişəyə qarışacaq. Düzdür, Qərb indi Ukraynaya da dəstək göstərir, lakin Finlandiya ayrı kateqoriyadır. Ona görə ki, Finlandya və İsveç Avropa İttifaqı üzvləridir. Bu səbəblə biz Avropa İttifaqı və Rusiya arasında müharibənin olmasını da görə bilərik”.
BMTM sədri Finlandiya və İsveçin NATO-ya üzv olma ehtimalının yüksək olduğunu da diqqətə çatdırıb:
"Düzdür, NATO və Avropa İttifaqı fərqli təşkilatlardır, lakin struktur baxımından oxşarlıqlar mövcuddur. Bütün bu hadisələr göstərir ki, Rusiya Ukraynaya açıq şəkildə müharibə elan etməklə səhv edib. Finlandiya və İsveçin isə NATO üzvü olmaq şansı Ukraynadan daha yüksəkdir. Finlandiya və İsveçə yanaşma fərqlidir, Qərb bu dəfə fərqli mövqe sərgiləyəcək”.