Daha bir ölkə Putin və Lavrovun qızlarına qadağa qoydu

15:13 22 Aprel 2022

Avstraliya Rusiya Prezidenti Vladimir Putinin və Rusiya xarici işlər naziri Sergey Lavrovun qızlarına, həmçinin 144 rusiyalı deputata ölkəyə giriş qadağası tətbiq edib.

Sitat.info xəbər verir ki, bu barədə “Kanberra Tayms” məlumat yayıb.

Avstraliyanın xarici işlər naziri Maris Peyn bildirib ki, ölkə Ukraynanı dəstəkləməyə davam edəcək və Rusiyanın əsassız təcavüzünə görə məsuliyyət daşıyanlara sanksiyalar tətbiq edəcək.

Xatırladaq ki, Putinin qızları Mariya Vorontsova və Katerina Tixonovaya oxşar sanksiyalar daha əvvəl ABŞ və Böyük Britaniya tərəfindən tətbiq edilmişdi.

/Axar.az



Xəbər xətti