İraqın şimalında Türkiyə ordusuna məxsus baza raket atəşinə tutulub.
Sitat.info xəbər verir ki, bu barədə məlumatı İraqın “Shafaq News” portalı yayıb.
Məlumata görə, insident səhər saatlarında El-Amadiya yaşayış məntəqəsinin yaxınlığında baş verib. Sözügedən yaşayış məntəqəsi Dəhük vilayətində Türkiyə ilə sərhəddən 15 kilometr məsafədə yerləşir.
Bildirilir ki, Türkiyə qoşunlarının yerləşdiyi bazanın üzərinə iki raket atılıb. Raketlərdən biri hərbi texnikanı vurub.
Hadisə nəticəsində yaralıların olması barədə məlumat daxil olmayıb.
/Axar.az