İranda SEPAH-a bağlı Xüsusi Təyinatlı Qüvvələrin Briqadası komandiri, general-mayor Hüseyn Elmasinin olduğu avtomobil karvanına hücum olub.
Sitat.info xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilir ki, hücum zamanı general xəsarət almasa da, cangüdəni, leytenant Mahmud Absalan həlak olub.
Qeyd edək ki, həlak olan zabitin iranlı general-mayor Pərviz Absalanın oğlu olduğu deyilir.
/Axar.az