Xarkov vilayətində Ukrayna ordusu düşməni 3 yaşayış məntəqəsindən çıxarmağı bacarıb.
Sitat.info xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.
“Ötən gündən işğalçılara qarşı əks-hücum başlayıb. Gün ərzində amansız döyüş gedib. Bizim birliklər düşməni Derqaçevsk rayonunun Bezruki, Slatino və Prudyanka kəndlərindən vurub çıxarmağı və mövqelərdə möhkəmlənməyi baracıblar”, - o bildirib.
O, rus qüvvələrinin gün ərzində Xarkov vilayətində mülki obyektləri vurduğunu da qeyd edib:
“Son sutkada Xarkovun yaşayış məntəqələrinə düşmən 56 zərbə endirib. Nəticədə 19 nəfər yaralanıb, 2 nəfər ölüb”.
/Axar.az