59-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

14:06 23 Aprel 2022

Müharibənin 59-cu günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 141 təyyarəsi, 110 helikopteri, 538 PUA-sı, 261 zenit-raket kompleksi, 2471 tank və digər zirehli texnikası, 274 reaktiv yaylım atəş sistemi, 1075 artilleriya və minaatan, 2311 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

/Axar.az



Xəbər xətti