Akar Reznikovla danışdı

16:20 23 Aprel 2022

Türkiyə müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub.

Sitat.info xəbər verir ki, Akar telefon danışığı zamanı Ukrayna limanlarında gözləyən ticarət gəmilərinin və A-400 təyyarələrinin Türkiyəyə təhlükəsiz şəkildə göndərilməsinin vacibliyini vurğulayıb.

Bundan başqa, Akar Türkiyənin Ukraynaya humanitar yardım üçün üzərinə düşəni etməyə hazır olduğunu bir daha vurğulayıb.

/Axar.az



Xəbər xətti