Quterreş Putindən öncə Ərdoğanla görüşəcək

11:17 24 Aprel 2022

BMT Baş katibi Antonio Quterreş Moskva səfərindən əvvəl aprelin 25-də Ankaraya səfər edəcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT Baş Katibliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Quterreşi 25 apreldə Ankarada qəbul edəcək.

Qeyd edək ki, Quterreş aprelin 26-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, aprelin 28-də isə Ukraynada Prezident Vladimir Zelenski ilə görüşəcək.



Xəbər xətti