Bu gün Fransada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.
Sitat.info xəbər verir ki, səsvermə Paris vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 10:00) başlayıb.
İkinci turda iki namizəd – indiki Prezident Emmanuel Makron və Milli Birlik Partiyasının sədri, ultrasağçı Marin Le Pen mübarizə aparacaq.
Qeyd edək ki, Fransada 10 apreldə keçirilən prezident seçkilərində Makron 27,8%, Le Pen isə 23,15% səslə ikinci tura keçiblər.
Axar.az