Xerson vilayətində sutka ərzində 8 yaşayış məntəqəsi işğaldan azad edilib.
Sitat.info xəbər verir ki, bu barədə “Cənub” Operativ Komandanlığı məlumat yayıb.
Məlumata görə, Kiselyovka ərazisində Ukrayna ordusu Rusiya orsunun canlı qüvvə texnikasına güclü zərbələr endiriblər:
“Bundan sonra düşmən Çernobayevkaya doğru geri çəkilməyə başladı. Düşmənin 74 nəfər hərbçisi, 2 tankı, reaktiv yaylım atəş sistemi, 6 ədəd zirehli və mühəndis texnikası və 4 ədəd kəşfiyyatçı PUA-sı məhv edilib”.
/Axar.az