Ukrayna rusiyalı pilota qarşı cinayət işi açdı

11:58 24 Aprel 2022

Çerniqov üzərində Su-34 təyyarəsinin vurulmasından sonra ələ keçən rusiyalı pilot Aleksandr Krasnoyartsevə Ukraynada cinayət işi açılıb.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Pilotun mülki binaları UFZAB-500, UFAB-250-270, FAB-50 aviabombaları ilə vurduğu bildirilib.

Krasnoyartsev qəsdən adam öldürmə və müharibə qanunlarını pozmaqda ittiham olunur. Onu ömürlük həbs cəzası gözləyir.

/Axar.az



Xəbər xətti