SON DƏQİQƏ! Ukraynanın müdafiə Nazirliyi şad xəbər yaydı: Ərazilər azad edildi

12:05 24 Aprel 2022

Ukrayna hərbçiləri Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa ediblər.

Sitat.info xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov məlumat verib.

“Xerson vilayətində saxta referendum ərəfəsində düşmən fəallaşmağa çalışıb. Aleksandrovka və Tavriçeskoye istiqamətində hücum cəhdləri uğursuz olub”, - o qeyd edib.

V.Nazarovun sözlərinə görə, Rusiya qüvvələrinin Nikolaevkanı ələ keçirmək cəhdləri də müvəffəqiyyətlə sonuclanmayıb.“Bölmələrimiz müşahidə məntəqələrinin mövqelərindən Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib”.

Sözçü bildirib ki, Kiselevka ərazisində Ukrayna hərbçiləri işğalçıların Posad-Pokrovskoyeyə növbəti hücumu üçün hazırlanan cəmlənmiş canlı qüvvə və texnikasına zərbələr endiriblər:

“Düşmən xeyli itki verərək Çernobaevkaya doğru geri çəkilib. Düşmənin ümumi itkiləri 74 canlı qüvvə və 13 texnika, o cümlədən iki tank, çoxsaylı reaktiv yaylım atəşi sistemi, altı zirehli və mühəndis texnikası, dörd PUA olub”.

/Oxu24.com



Xəbər xətti