Conson rus helikopterinə minməkdən imtina etdi

12:49 24 Aprel 2022

Böyük Britaniyanın Baş naziri Boris Conson Hindistana səfəri zamanı Rusiya istehsalı olan helikopterə minməkdən imtina edib.

Sitat.info xəbər verir ki, bu barədə Hindistanın "Tayms" qəzeti məlumat yayıb.

Məlumata görə, səfərdən 3 gün əvvəl Britaniyadan Hindistana gələn xüsusi qrup Consonun minəcəyi Rusiya istehsalı Mi-19 helikopterinin ABŞ istehsalı olan "Chinook"la əvəzlənməsini tələb edib.

Hindistan Hərbi Hava Qüvvələrinin Çandiqarh şəhərindəki bazasından tələb olunan helikopter gətirilib.

/Axar.az



Xəbər xətti